ELAZ.İNFO xəbər verir ki, Biləsuvarda hərbi xidmətdən yenicə tərxis olmuş Nəsimikənd kənd sakini Əkbərov Rəşad Fuad oğlu avtomabil qəzasında həyatını itirib.
Nəsimikənd kənd tam orta məktəbinin direktor əvəzi Mikayılov Elçin müəllim Rəşad haqqında böyük kədər hissi ilə danışdı. Belə bir gəncin ömrünün çiçək açdığı vaxt həyatını itirməsinin acı olduğunu qeyd etdi.
Ailəsinə dərin hüznlə başsağlı verir, Uca Tanrıdan ona rəhmət diləyirik .
Məlumat üçün bildirək ki, Əkbərov Rəşad Fuad oğlu nümunəvi xidmətinə görə vaxtından əvvəl ordu sıralarından tərxis olunmuşdu.
Sevinc Qasımova