Yeni virus- mikoplazma pnevmoniyası?

ELAZ.İNFO Rusiyanın sosial şəbəkələrində yayılan məlumatlara istinadən bildirir ki, “Rospotrebnadzor” bəyan edib ki, ölkə ərazisində naməlum virusla bağlı vəziyyət nəzarət altındadır.

Xəstəliyə yoluxan vətəndaşların dediyinə görə hər şey adi ağrı və halsızlıqdan başlayır, lakin bir neçə gündən sonra xəstəlik insanı elə vəziyyətə salır ki, yataqdan qalxmaq mümkün olmur. Nəticədə xəstə qan öskürməyə başlayır və daim yüksək temperaturla mübarizə aparır.

“Rospotrebnadzor” bəyan edir ki, bu, mikoplazma pnevmoniyası ola bilər. Analoji hadisə ötən ilin dekabrında da müşahidə edilmişdi.

ELAZ.İNFO XƏBƏR MƏRKƏZİ

Bizi izləyin və paylaşın

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights