ELAZ.İNFO xəbər verir ki, 9 sentyabrda Slovakiya parlamenti milli qanunların Aİ qanunlarından üstünlüyü haqqında qanun qəbul etdi!
99 deputatdan 90-ı, o cümlədən müxalifətdən olan deputatların əksəriyyəti Qanunun lehinə səs verdi. Macarıstan Aİ-də belə qanun qəbul edən ilk ölkə oldu. Artıq Brüsselin Slovakiyanın maraqlarına uyğun olmayan qərarlarının ölkə ərazisində hüququ qüvvəsi olmayacaq.
Bu qanun Aİ-nin dağılması istiqamətində atılmış ilk hüquqi addımdır. Yəqin ki, yavaş-yavaş başqa ölkələr də oxşar qanunlar qəbul edəcəklər.
Slovakiyanın baş naziri Robert Fiko əvvəldən Brüssel bürokratiyasının ölkəsinin suverenliyini məhdudlaşdırmasının əleyhinə idi. 2024-cü ilin mayında Fikoya qarşı sui-qəsd oldu, lakin öldürə bilmədilər.
İndi nə olacaq? Yeni sui-qəsd, yoxsa Maydan?
Asif ŞƏFƏQQƏTOV
Siyasi şərhçi