ELAZ.İNFO xəbər verir ki, yeni qan qrupu kəşf edildi! Heç bir testlə uyğun gəlmir
Hindistanın Karnataka əyalətində ürək əməliyyatından əvvəl aparılan adi testlər zamanı yeni qan qrupu aşkar edilib. 38 yaşlı qadında əvvəllər elmə məlum olmayan unikal qan qrupu antigeni aşkar edilib.
“CRIB” adlı bu antigenin dünyada ilk daşıyıcısı olan qadın tibb ədəbiyyatına daxil olub. Onun Rh O müsbət olduğu müəyyən edilsə də, mövcud qan vahidləri uyğun deyildi. Testlər xəstənin qanının “panreaktiv” olduğunu, yəni heç bir test nümunəsi ilə uyğun olmadığını ortaya qoydu.
Adilə VƏLİYEVA Pediator
