Yeni nəsil çiplər üçün texnologiyanın hazırlanması təxminən on il çəkə bilər


ELAZ.İNFO xəbər verir ki, Reuters-in oktyabrın 8-də dərc etdiyi xəbərə görə, çip istehsalı avadanlığı sahəsində çalışan ASML və onun optik tərəfdaşı Zeiss növbəti nəsil “Hyper NA” texnologiyasının təxminən on il ərzində istifadəyə hazır ola biləcəyini bildiriblər.
Bu texnologiya çiplərdə daha kiçik elementlərin yaradılmasına, gələcəkdə hesablama imkanlarının artırılmasına və enerji səmərəliliyinin yaxşılaşdırılmasına kömək edə bilər. Ancaq söhbət hələ inkişaf mərhələsində olan texnologiyadan gedir; onun genişmiqyaslı istehsalda nə vaxt tətbiq ediləcəyi qəti müəyyənləşməyib.
Günel GÜNTAC
23





