Yeni dərman hazırlandı

Mübariz Liseyi – Milli Qəhrəman M.İbrahimov adına Biləsuvar Təhsil Kompleksinin şagirdləri şəkərli diabet xəstələri üçün təbii dərman hazırlayıblar.

Bakı Ali Neft Məktəbində keçirilən “Sabahın alimləri” XIV Respublika Layihə Müsabiqəsinin qalibləri məlum olub. Onlardan ikisi Azərbaycanın Milli Qəhrəmanı Mübariz İbrahimov adına Biləsuvar Bağça-Məktəb-Lisey Kompleksinin şagirdləridir.

Belə ki, I yeri tutaraq, qızıl medal əldə edən X sinif şagirdləri Gülay Quluzadə və Leyla Əlizadə ilə müsabiqə keçirilib.

Şagirdlər qeyd ediblər ki, layihələri 2-ci tip şəkərli diabetə innovativ yanaşmadır:

“Bu tədqiqatda 2-ci tip diabet zamanı ən çox istifadə edilən iki dərmandan və bizim tövsiyə etdiyimiz təbii vasitədən – çəpişotundan istifadə etmişik. Araşdırmalarımız nəticəsində sübut etmişik ki, təbii preparat daha effektivdir. Bu qələbənin tək memarları biz deyilik. Bizə daim dəstək olan müəllimlərimiz və bizi yeniliklərə doğru yönləndirən lisey rəhbərimiz də bu uğurun bir parçasıdır. Əgər insan orqanizmi funksional şəkildə işləyirsə, bizim komandamız da eyni prinsiplə hərəkət edərək bu qələbəni qazandı”.

 

Bizimlə oxuyun

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights