ELAZ.İNFO xəbər verir ki, Fransa Xarici İşlər Nazirliyi elan etmişdir ki, Avropa Birliyinin İran neft ixracı və İran mərkəzi bankına sanksiyaları çərçivəsində Fransa indidən neft almağı dayandırmışdır. Fransa hadisələri qabaqlayaraq proseslərdə ilklərdən olmaq niyyəti ilə cəld davranmaq istəyir.
Associated Press-də dərc edilən məqaləyə görə Vensan Floriyan, Fransa Xarici İşlər Nazirliyinin sözçüsü, bu sankiyalarının əsas hədəfi İran nüvə enerjisinin haqqında müzakirələrin başlanması və bu məsələyə beynəlxalq narahatçılığa diqqəti çəkməkdir. Qərb ölkələri İranı atom bombası düzəltmək gücünə malik olmaqda suçlayırlar. İran isə hər zaman sülh məramlı olduğunu söyləməkdədir.
İran neft nazirliyi isə bildirmişdir ki, sanksiyalara etiraz olaraq, İngiltərə və Fransa şirkətlərinə neft satmır. İndi kimə inanaq?
Natəvan BƏYDİLİ