Yeddinci sinif şagirdi həmyaşıdını bıçaqladı

İlkin məlumatlara görə, hadisə uşaqlar məktəbə gedərkən baş verib. İki paralel sinif şagirdi arasında yaranan mübahisə zəminində 2013-cü il təvəllüdlü yeniyetmə digərinin boyun nahiyəsinə bıçaq zərbəsi endirib. Yaralı uşağın anası dərhal polisə məlumat verib.

ELAZ.İNFO xəbər verir ki, Rusiyanın Moskva vilayətində məktəblilər arasında baş verən mübahisə qanla bitib. Losino-Petrovski şəhər dairəsində yeddinci sinif şagirdi həmyaşıdına bıçaqla ağır xəsarət yetirib. Yaralı məktəbli təcili olaraq xəstəxanaya yerləşdirilib. Həkimlərin vaxtında müdaxiləsi nəticəsində uşağın həyatını xilas etmək mümkün olub. Prokurorluğun verdiyi məlumata görə, hazırda yeniyetmənin həyatı üçün hər hansı təhlükə yoxdur.

Rusiya İstintaq Komitəsi faktla bağlı cinayət işi başladıb. Hazırda müstəntiqlər və kriminalistlər hadisə yerində baxış keçirir, dindirmələr aparılır. Hücum edən məktəblinin bu addımı hansı motivlə atdığı və münaqişənin əsl səbəbi araşdırılır. Şçelkovo şəhər prokurorluğu həmçinin yetkinlik yaşına çatmayanlarla bağlı qanunvericiliyin tələblərinə necə riayət olunduğunu yoxlayacaq.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights