Yazılmış və yazılmamış qanunlar

Avropa-Rusiya münasibətlərini izah etmək üçün xristian dünyası liderərinin daimi və dəyişməz bir postulatını xatırlatmaq gərəkdir: “Xristian dünyasını birləşdirmək, müsəlman dünyasını parçalamaq!.. Müsəlman dünyasını birləşdirməyə çalışan hər kəs xristian dünyasının düşməni, xristian dünyasını birləşdirmək arzusunda olan hər kəs isə onun dostudur” müddəası Vatikanın yazılmamış (bəlkə də hardasa yazılmış) qanunlarındandır.

Burada ərəb xalqının böyük oğlu Camal Abdul Nasir yada düşür. O böyük insan ərəb – müsəlman dünyasını birləşdirmək üçün əlindən gələni etdi və hətta öz ölkəsi Misiri Suriya ilə birləşdirib Birləşmiş Ərəb Respublikasını yaratdı, digər ərəb dövlətlərini bu birliyə qoşulmağa çağırdı. Lakin, günlərin bir günü Moskvanın “yetirməsi” Bəşər Əsəd Suriyanı bu birlikdən ayırıb özünü prezident elan etdi və bu gün də prezident kürsüsündədir. Abdul Nasir isə kimlərinsə əli ilə məhv edildi (sonradan məlum oldu ki, müalicə edən həkimlər onu tədricən zəhərləyirmişlər).

Birləşmiş Ərəb Respublikasının dağılması faktı, Pakistanın sürətlə inkişafı dövründə onun prezidentinin təyyarə “qəzasında” məhv ediməsi, İranın iqtisadi sıçrayışı dövründə şahın devrilməsi, İraqın qüdrətinin artdığı dövrdə BMT bayrağı altında (!?) ona qarşı müharibə başlanması xristian təməlçilərinin gizli əməllərinin təzahürü deyilmi?

Ağasəf İMRAN,

İqtisadçı alim

Bizimlə oxuyun
Verified by MonsterInsights