Yay istisindən yaranan təhlükələr

ELAZ.İNFO

Yay aylarında temperaturun yüksəlməsi ilə qida mənşəli bağırsaq infeksiyalarında da ciddi artım ola bilər. Yüksək temperaturun qidaların xarab olmasını asanlaşdırdığından bağırsaq xəstəliklərində əhəmiyyətli artım  yaranır.Dondurma, mayonez, xəmir, qaymaqlı qidalar kimi məhsulları istehlak edərkən xüsusilə diqqətli olmaq lazımdır.

Bağırsağın infeksiyaları mədə, nazik bağırsaq və yoğun bağırsağın virus, bakteriya və parazitlərin törətdiyi mədə-bağırsaq sisteminin bir hissəsi olan infeksiyalardır. Bağırsaq infeksiyalarının simptomları təsir edən mikroorqanizmlərin növündən asılı olaraq dəyişə bilər. Ən çox görülən şikayətlər ürəkbulanma, qusma, şişkinlik və qarın ağrısı ola bilər. Bundan əlavə, maye və elektrolit itkisi səbəbindən xəstələrdə kramplar, yorğunluq, sidik ifrazının azalması və ürək ritminin pozulması müşahidə edilə bilər

Adilə VƏLİYEVA Pediator

Bizimlə oxuyun
Verified by MonsterInsights