ELAZ. İNFO xəbər verir ki, Böyük Britaniyada kəşf edilən xəyal gəmisinin kapitanının qalıqları Fransada tapılıb. Bunu Need To Know (NTK) yayımlayıb.
Misty Blue yaxtası iyunun 13-də Kornuollun cənubundakı Portmelon şəhəri yaxınlığında quruya çırpılıb. Yaxtada ekipaj olmayıb. Tezliklə məlum olub ki, gəmi 75 yaşlı ətraf mühit fəalı David Sycamore-a məxsusdur.
Məlumat üçün bildirək ki, həmin şəxs Fransadan İngiltərəyə təkbaşına keçid edirdi.
Yaxta aşkar edildikdən dərhal sonra kapitan üçün genişmiqyaslı axtarışlara başlansa da, o, hələlik tapılmayıb. Axtarış əməliyyatı yeni məlumatlar çıxana qədər dayandırılıb. Yaxta 394 kilometr aralıda, Brittani bölgəsinin sahillərində balıqçı gəmisinin ekipajı tərəfindən tapılıb.
Yaşlı ekoloqun başına nə gəldiyi hələ məlum deyil. O, Kornuollda ətraf mühitin çirklənməsinə qarşı ən görkəmli döyüşçülərdən biri adlanırdı.
Esmira RƏHİMOVA
