Yaxın zamanda ortaq türk tarixi haqqında kitab çap olunacaq

ELAZ.İNFO xəbər verir ki, TDT Ağsaqqallar Şurası tərəfindən həyata keçirilən işlər, verilən tövsiyələr dövlət başçıları tərəfindən təqdir edilir. 

Bunu Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri Binəli Yıldırım Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının 18-ci iclasındakı çıxışında deyib.

O, dövlət başçılarının dəstəyinin Ağsaqqallar Şurasının fəaliyyətini daha da çox təşviq etdiyini bildirib.

Binəli Yıldırım türk dövlətlərinin ortaq tarixinin araşdırılmasından danışaraq qeyd edib ki, qardaş ölkələr müştərək tariximizin öyrənilməsi prosesini davam etdirir.

TDT Ağsaqqallar Şurasının sədri yaxın zamanda ortaq türk tarixi haqqında kitab çap olunacağını da əlavə edib.

Aydan

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights