“Yaxın Şərq Sülh Sammiti”

ELAZ.İNFO

Misirin Sam Əl-Şeyx şəhərində “Yaxın Şərq Sülh Sammiti”nin keçirilməsi, dünyada müharibələrə son qoyulması, sülhün və dinc həyatın təmin olunması istiqamətində olduqca əlamətdar hadisədir. Gerçəkdən də müharibələr içində ağır günlər yaşayan dünyamızın buna ehtiyacı var. Sammit, ABŞ başda olmaqla dünyanın 20 dən çox dövlətin rəhbərlərinin iştirakı onu göstərir ki, olduqca önəmli olan Şərqdə sülhün yaradılmasında, əsasən də iki il davam edən İsrain Fələstin müharibəsini dayandırmaqda olduqca təsirli və ciddi bir hadisədir. Mətbuatdan məlum oldu ki, sammitdə imzalanmış sənətdə 20 bənd var və bunların heç birində Fələstin dövlətinin yaradılması haqqında söz yoxdur. Bəndlərin hamısı demək olar ki, Həmasın yox edilməsindən danışılır. Düşünürsən ki, yaxşı, Həması yox etdik. Bəs Fələstin dövləti nə vaxt yaranacaq? Bu ərazilər kimə tabe olacaq? Sülh razılığına gələn iki tərəfin iştirakı olmadan bağlanmış sülh nə dərəcədə möhkm və davamlı olacaq? 1947 ci ildə BMT-nin qərarı ilə Fələstin torpaqlarının 56% də İsrail, 42% də Fələstin Ərəb dövləti və 2 % də isə Qüts (Yeresalim) və Viifleim azad şəhər zonası elan edərək qərar qəbul edilib. 1948 ci ildə israil dövləti elan olundu, BMT-yə qəbul edildi. Amma BMT qərarının ikinci hissəsi hələ də həll olnmur. Axı nəyə görə? Bu suala cavab tapmaq üçün bu məkanda Ərəb İsrail münasibətlərinin ziddiyyətli düyün nöqtəsini tapmağa çalışaq. Fələstin torpaqları tarixən böyük imperiyaların tərkibində olub. Son tarixdə Fələstin Səlcuqlu, Osmanlı imperiyalarının tərkibində olub. Bu zaman ərəblərlə Türk İmperiyaları arasında heş bir böyük dini və siyasi müharibələr olmayıb. Osmanlı İmperiyası davamlı olaraq xarici təsirlər nəticəsində dağıldıqdan sonra Fələstin torpqları İngiltərənin təsiri altına düşdü. Bundan sonra hər zaman Fələstin torpaqlarında tam razılığın əldə olmamasının səbəbi, Qüts şəhəri və burda yerləşən “Əl-Aqsa” məscidi olub. Qüts şəhəri İslam dini üçün də, İudizim üçün də, Xristianlar üçün də müqəddəs bir şəhərdir. Əl-Aqsa məscidi hər üç din üçün müqəddəs bir məkandır. Fələstin İsrail münaqişəsinin əsas ziddiyət təşkil edən nöqtəsi budur. Bu məscidi heç bir din tərəfdarları bir-birinə vermək istəmir. İslam dinində Əl-Aqsa məscidi birinci qiblə hesab olunur. İnanca görə Peyğənbər Atının nal izləri burda qalıb. İnanca görə əgər Əl-Aqsa məscidinin bünövrəsi üzərində üçüncü Yəhudi məbədi tikilsə, bu İslam və bəşəriyyət üçün təhlükə ola bilər. Yəhudi dini inancına görə isə Əl-Aqa məscidinin bünövrəsi (bu bünövrə eni təxminən bir metr olan dəmir-betondan ibarətdir.) üzərində üçüncü Yəbudi məbədi tikiləcək və orada ən yüksəklikdə tac qoyulacaq, bu tacın sahibi gəlib buna sahib olacaq və bu zamandan sonra bütün Yəhudilərin çətinlikəri yox olacaq. Hesab edirlər ki, bu gələn ilahi varlıq Yəhudilərin qoruyucusudur. Provaslav Xristianlarında da belə bir dini inanc var ki, əgər Əl-Aqsa məscidinin bünövrəsi üzərində Yəhudi məbədi tikilsə və orada taca sahib olacaq bir varlıq gəlsə, fəlakət olacaq. Çünki bu gələn antixrisdir. Yəni xristianlara və bütün bəşəriyyətə qarşı olacaq və bu da dünyanın sonu ola bilər. Bax bu gün İsrail Fələstin münasibətlərinin əsas ziddiyyət nöqtəsi budur. Bu münasibətlərdə siyasi və iqtisadi ziddiyyətlər olsa da onlar tez həll ounandır. Əsas budur ki, üç dünyavi dinlərin müqəddəs hesab etdiyi Qüts şəhərində olan bu Əl-Aqsa məscidi üzərində olan bu ziddiyyət düyünü çözülməlidir. İsrail Fələstin arasında olan problem siyasi, iqtisadi problem yox, dini ideoloji problemdir. 78 il bu problemin həll olunmamasının səbəbi, dünya gücləri Yəhudi dini düşüncəsinə daha çox ehtiyatla yanaşıblar. Digər iki dinin inanclarını nəzərə alınmayıb. Ona görə də hesab edirəm ki, siyasətcilərdən əvvəl üç dinin ən mötəbər din xadimləri bu ziddiyyətli nöqtədə düyünü açmalıdırlar. İnanın ki, buna bizi yaradan Allah da razı olar və Allahın köməyilə bu ziddiyyətli düyün açılar. Dünyada yeni daha ədalətli nizaım qrulması üçün mütləq yaxın şərqdə möhkəm sülh olmalıdır. Azərbaycan dövləti öz davamlı siyasətilə, öz cəsarətli, güclü iradəyə malik rəhbərilə, əsgərlərinin canı, qanı, bahasına özü tək BMT qərarlarının icrasını həyata keçirtdi. Bütün güclərin qoruduğu düyün nöqtəsi olan Azərbaycan Ermənistan arasında süni yaradılan ziddiyyətli düyünü açdı və SÜLHÜ TƏMİN ETDİ! İsrail Fələstin haqqında BMT-nin 1947 ci ildə qərarını da həll etmək olar. Bunu üçün Sammitə toplaşan dövlət rəhbərləri hər üç dinə mənsub mötəbər din xadimləri üçün bərabər şərait yaratmalıdırlar. Qüts şəhəri hər üç din üçün açıq ola bilrər. Əl-Aqsa məscidinin bünövrəsi üzərində də hər üç dini simvolizə edən müqəddəs bir tikili inşa edilə bilər. Bunu ancaq din xadimləri qərar verə bilər və verməlidir. Hər üç dində adam öldürmək günah sayılır. Dünyamızı xilas etmək üçün, davaml sülh yaratmaq üçün böyük dövlətlər geosiyasi və ya imperialist düşüncələrindən əl çəkməlidirlər! MÜDRİK OLMALIDIRLAR! Əks halda Fələstin İsrail münaqişəsi gələcək daha böyük dünya müharibəsinə də yol açar.

Tahir ƏLƏKBƏROV

Bizimlə oxuyun
Verified by MonsterInsights