“Yaşıl enerji” dəhlizi müzakirə edilib

ELAZ.İNFO xəbər verir ki, Qazaxıstan və Özbəkistan “Azərbaycan-Mərkəzi Asiya” yaşıl enerji dəhlizinin statusunu müzakirə edib.

Bu məsələ nazir Yerlan Akkenjenovun Özbəkistanın Qazaxıstandakı səfiri Baxtiyor İbrahimovla görüşü zamanı müzakirə olunub.

“Azərbaycanla birlikdə Xəzər dənizi üzərindən “Yaşıl Enerji Dəhlizi”nin yaradılması layihəsinin statusu nəzərdən keçirilib, 1 iyul 2025-ci il tarixində “Yaşıl Dəhliz Birliyi” birgə müəssisəsinin təsis edilməsi bu layihənin həyata keçirilməsində praktiki addım olub”, – nazirliyin məlumatında deyilir.

Aydan

Bizimlə oxuyun
Verified by MonsterInsights