ELAZ.İNFO xəbər verir ki, bu gün Vətən müharibəsinin taleyinə təsir edən məşhur Hadrut döyüşlərindən 5 il keçir.
İlk öncə hərbi statistikaya nəzər salaq: 10000 nəfər erməni ordusuna qarşı 1500 nəfər Azərbaycanlı döyüşçü!!!
Erməni hərbçilər Hadruta hücumu gözləmirdilər və hərbi strategiyaya əsasən də həmin vaxt üçün mümkünsüz görünürdü… Amma Qəhrəman Azərbaycan Ordusu mümkünsüzü mümkün etdi….
Düşmənin etirafı- Arayik Arutyunyanın müharibədən sonrakı müsahibəsindən sitat: Hadrutda 50 nəfər Azərbaycan Xüsusi Təyinatlısı olsada 1500 erməni əsgəri qarşısından qaçdı və geri qaytara bilmədi….
Hadrut qələbəsindən sonra ordumuz məhz həmin istiqamətdən Şuşaya doğru irəliləməyə başladı.
Allah şəhidlərimizə rəhmət eləsin!
Natəvan BƏYDİLİ