ELAZ.İNFO xəbər verir ki, Astara rayonunun Miki kəndində qətl hadisəsi baş verib. Kənd sakini Şahimə Zeynulla qızı Salayeva yaşadığı evdə ölü halda tapılıb.
Kənd sakinlərinin və yaxınlarının dediyinə görə mərumun evindəki qiymətli əşyalar saxlanan sandıq yoxa çıxıb.
Görünən odur ki, bu qətl tamah məqsədi ilə törədilib.
Hadisə ilə bağlı təhqiqat işləri aparılır.
Günel GÜNTAC