Uşaqlarımızı Quranla tanış edən zaman yaş xüsusiyyətlərini nəzərə almaq lazımdır. 0-7 yaş arası uşaqla yanaşı ayələr və dualar oxumaq onların şüuraltı formalaşmasına səbəb olacaq. Danışmağa başladıqdan sonra ayələri və duaları təkrar etmələri, nəfəs və güclərinə uyğun qısa surələri əzbərləmələri Quranla əlaqənin qurulmasında ilk addımlardır. Mücərrəd anlayışları başa düşməkdə çətinlik çəkən uşaqlar üçün həyat üçün davranış modellərini öyrədən nümunələr və Quran hekayələrindən uşağın anlaya biləcəyi hissələr oxunmalıdır. Uşaqların mücərrəd məfhumları anlamağa başladığı on bir-on iki yaşlarında kainatın yaradılışı,əxlaqi prinsiplər, ibadətlər haqqında ayələrə üstünlük verilməlidir. Uşağın öz həyatında əksini görə biləcəyi və həyata keçirə biləcəyi əxlaqi davranışlarla bağlı ayələrin və Quran dualarının öyrədilməsi onların Quranla əlaqəsini gücləndirəcək.
Ali Kamal Maboçoğlu Türkiyə
