ELAZ.İNFO xəbər verir ki, Hindistanda yarasalardan insanlara keçən yeni virus aşkarlanıb.
İndiyədək beş nəfərdə Nipah virusu aşkar edildikdən sonra karantin tədbirləri həyata keçirilib. Qızdırma, nəfəs darlığı və ya şüurun dəyişməsi kimi simptomlar görünsə, dərhal ən yaxın tibb müəssisəsinə müraciət edilməlidir. Hindistanda Nipah virusunun yayılması bütün dünyada maska taxmaq və sosial uzaqlaşma tədbirlərinə qayıdışla bağlı narahatlıqları artırıb.
Ölüm nisbəti yüksək olan bu virusun hazırda müalicəsinin və peyvəndinin olmadığını vurğulayan Dosent Dr.Hüsrev Diktaş, qeyd edib ki,”Xəstəlik qrip kimi başlayıb ensefalite çevrilə bilər. Asiyadan qayıdanlar 45 gün ərzində özlərini nəzarətdə saxlamalıdırlar”
Adilə Vəliyeva Pediator