Yaponiya icazəsiz GPS yer izləməsini məhdudlaşdıran təcavüz və məişət zorakılığı qanunlarını genişləndirir. Qanuna Bluetooth dəstəkli cihazlar daxil ediləcək.
ELAZ.İNFO xəbər verir ki, Yaponiya hökuməti təcavüz hallarını həll etmək üçün Bluetooth yer izləmə təmin edən cihazları məhdudlaşdırmağı nəzərdən keçirir.
Ölkənin icazəsiz GPS yer izləməsini məhdudlaşdıran 2021-ci il təcavüz və məişət zorakılığı qanunları Bluetooth dəstəkli cihazları da əhatə edəcək şəkildə genişləndiriləcək.
Anadolu Agentliyinin (AA) məlumatına görə, qanunlar 17 dekabr parlament iclasında təsdiqlənərsə, 20 gün ərzində qüvvəyə minəcək.
Yaponiya Milli Polis Agentliyinin məlumatlarına görə, son illərdə təqibçilər qurbanlarını izləmək üçün bu cihazları smartfonlarına qoşurlar.
2023-cü ildə ölkədə 196 belə hal, 2024-cü ildə isə 370 belə hal qeydə alınıb.
Günel GÜNTAC
