Yapon tədqiqatçılarından daha bir yenilik

ELAZ.İNFO xəbər verir ki, Yokohama Universitetinin tədqiqatçıları yeni bir ilkə imza atıblar.Onlar səs dalğaları əsasında işləyən yeni akustik levitasiya cihazı hazırlayıblar. 

Məlumat üçün bildirək ki, texnologiya konveyer lentləri kimi nəqliyyat sistemlərində əsas məhdudiyyət olan sürtünməni aradan qaldıraraq kiçik obyektlərin daha sürətli və dəqiq hərəkətini təmin edir.

Cihaz pyezoelektrik aktuator vasitəsilə iki səthin arasında nazik maye qatı əmələ gətirir və obyektin bütün istiqamətlərdə maneəsiz hərəkətini təmin edir. Simsiz idarəetmə sistemi kabellərin yaratdığı mövqe dəqiqliyi problemlərini aradan qaldırır.

Levitasiya texnalogiyası fiziki təmas olmadan bir obyektin havada qalmasını və hərəkət etməsini təmin edən üsulların ümumi adıdır.
Bu cihaz vasitəsi ilə obyekt havada asılı qalır və hərəkət etmək üçün onu heç bir vasitə dəstəkləmir.

Bizimlə oxuyun
Verified by MonsterInsights