Bu gün Maduronun Nyu-York federal məhkəməsində ilk iclası keçirilib

ELAZ.İNFO xəbər verir ki, 2026-cı ilin ilk günlərində dünya siyasətində görünməmiş gərginlik yaşanmaqdadır. Yanvarın 3-də ABŞ Silahlı Qüvvələrinin Venesuelada keçirdiyi “Mütləq Qətiyyət” (Operation Absolute Resolve) adlı irimiqyaslı hərbi əməliyyat nəticəsində prezident Nikolas Maduro və həyat yoldaşı Siliya Flores saxlanılaraq ABŞ-a aparılıb.Məlumata görə, əməliyyat zamanı paytaxt Karakasda və strateji hərbi obyektlərdə güclü partlayışlar baş verib, paytaxtın bir hissəsi işıqsız qalıb.

ABŞ prezidenti Donald Tramp hadisə ilə bağlı keçirdiyi mətbuat konfransında Maduronun “narkoterrorizm” ittihamı ilə mühakimə olunacağını və Venesuelanın keçid dövrü ərzində ABŞ-ın nəzarəti altında olacağını bəyan edib.

Artıq yanvarın 5-də Maduronun Nyu-York federal məhkəməsində ilk iclası keçirilib və o, özünü “müharibə əsiri” adlandıraraq ittihamları rədd edib.Venesuela tərəfi isə baş verənləri “beynəlxalq hüququn pozulması və açıq qaçırma” kimi qiymətləndirib. Vitse-prezident Delsi Rodriges xalqı birliyə çağırıb və beynəlxalq ictimaiyyətdən bu müdaxiləyə sərt reaksiya verməsini tələb edib. Rusiya, Çin, İran və Kuba kimi ölkələr ABŞ-ın bu addımını “suveren dövlətə qarşı təcavüz” adlandıraraq kəskin şəkildə pisləyiblər.

BMT-nin Baş katibi Antonio Quterreş tərəfləri dialoqa çağıraraq, bu hadisənin təhlükəli bir presedent yaratdığını bildirib.

Ruslan MƏMMƏDOV

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights