Son dövrlərdə bəzi onlayn media resurslarında yayılan məlumatların doğruluğu ciddi suallar doğurur. Xüsusilə bəzi platformalarda dərc olunan bəzi xəbərlər ya natamam, ya da birtərəfli təqdim olunur ki, bu da oxucuların yanlış istiqamətləndirilməsinə səbəb olur.
İlk növbədə qeyd etmək lazımdır ki, belə xəbərlərdə mənbə problemi açıq şəkildə hiss olunur.
ELAZ.İNFO xəbər verir ki, bir çox hallarda məlumatlar “istinad edilir”, “bildirilir” kimi qeyri-müəyyən ifadələrlə təqdim olunur, lakin konkret rəsmi mənbə göstərilmir. Bu isə xəbərin etibarlılığını ciddi şəkildə şübhə altına alır. Peşəkar jurnalistikada isə məlumatın ən azı iki müstəqil mənbədən təsdiqlənməsi əsas prinsiplərdən biridir.
Digər mühüm məsələ xəbərin təqdimat tərzidir. Bu tip yazılarda emosional və sensasiya xarakterli başlıqlardan geniş istifadə olunur. Məqsəd informasiyanı obyektiv çatdırmaq yox, oxucunun diqqətini cəlb etmək olur. Nəticədə isə başlıqla məzmun arasında uyğunsuzluq yaranır və oxucu manipulyasiyaya məruz məruz qalır.
Bundan əlavə, xəbərlərdə kontekstin qəsdən daraldılması da müşahidə olunur. Hadisənin yalnız bir tərəfi işıqlandırılır, alternativ mövqelərə yer verilmir. Halbuki obyektiv informasiya təqdimatı üçün müxtəlif tərəflərin fikirlərinin verilməsi vacibdir. Məsələn, oxşar xəbərlərdə yalnız bir rəsmi şəxsin açıqlaması təqdim edilir, lakin qarşı tərəfin mövqeyi qeyd olunmur ki, bu da balans prinsipinin pozulması deməkdir. Diqqət çəkən başqa bir məqam da budur ki, eyni məlumat digər saytlar tərəfindən də məhz həmin ilkin mənbəyə istinadən yayılıb. Bu isə xəbərin yoxlanılmadan tirajlandığını göstərir və dezinformasiyanın necə yayıldığını açıq şəkildə nümayiş etdirir.
Araşdırmalar göstərir ki, belə xəbərlərin bir hissəsi digər mənbələrdən yoxlanılmadan köçürülür və ya təhrif edilərək təqdim olunur. Bu isə dezinformasiyanın yayılmasına gətirib çıxarır. Məsələn, regionla bağlı xəbərlərdə tez-tez qeyri-dəqiq və ya təsdiqlənməmiş məlumatların tirajlandığı müşahidə olunur .
Nəticə olaraq demək olar ki, bu tip xəbərlər informasiyadan çox manipulyasiya xarakteri daşıyır. Oxucular bu cür məlumatlara tənqidi yanaşmalı, xəbərləri digər etibarlı mənbələrlə müqayisə etməli və yalnız təsdiqlənmiş informasiyalara inanmalıdırlar. Media qurumları isə cəmiyyət qarşısında məsuliyyətlərini unutmamalı, dəqiqlik və obyektivlik prinsiplərinə riayət etməlidirlər.
Mehriban MƏMMƏDLİ