Yağış yağır, sellər axır

ELAZ.İNFO xəbər verir ki, yağan yağışlar səbəbindən yenə Xırdalan küçələrindən sellər axır. Nəinki ara küçələrdə, hətta mərkəzi Heydər Əliyev prospektində sel gedir. Axıb getməyə yer tapmayan yağış suları sanki dalğalı dənizi xatırladır.

Bu məqamda düşünməyə bilmirsən;- hər dəfə yağış yağanda, küçələri, evləri sel-su basanda fikirləşirsən ki, yəqin heç olmasa bu dəfə aidiyyatı orqanlar ölçü götürərlər. Kanalzasiya lükləri olmayan küçə və prospektlərdə kanalzasiya sistemi qurular. Növbəti yağış-sel sularından şəhərimiz xilas olar, Xırdalan camaatı dərindən nəfəs alar, rahatlanar. Amma harada?

İlahə BAYINDIR