ELAZ.İNFO xəbər verir ki, Los-Ancelesdəki Peacock Teatrında keçirilən mərasimdə tez-tez “televiziya Oskarları” kimi xarakterizə edilən Primetime Emmy mükafatları təqdim edilib.
Netflix mini-serialı “Adolescence” çoxsaylı mükafatlar qazandı və 15 yaşlı Owen Cooper serialdakı roluna görə ən gənc Emmy mükafatçısı oldu.
Mərasimdə “Hacks” serialındakı roluna görə “İkinci planda aktrisa” mükafatını alan yəhudi aktrisa Hannah Einbinderin çıxışı diqqət çəkib.
Mükafatını səhnədə qəbul edən Eynbinder çıxışını “Fələstinə Azadlıq. Ar olsun ICE (ABŞ İmmiqrasiya və Gömrük Mühafizəsi)” sözləri ilə yekunlaşdıraraq ABŞ prezidenti Donald Trampın siyasətini də tənqid edib.
“FƏLƏSTİNƏ AZADLIQ” ÇAĞRISI
Mükafatını aldıqdan sonra Einbinder zalın qarşısında açıqlama verərək, “Bir yəhudi olaraq yəhudi xalqının İsrail Dövlətindən ayrıldığını ifadə etmək mənim borcumdur. Bizim dinimiz və mədəniyyətimiz bu tip etno-millətçi dövlətdən həqiqətən fərqlidir”- deyib.
Atəşkəs çağırışı etmək üçün Qəzzada toplaşan çoxsaylı kino sənətçilərinin də yer aldığı “Artist4Ceasere” hərəkatından sancaq taxan məşhur aktrisa Qəzzada fələstinlilərə kömək etmək üçün orada dostlarının olduğunu və hadisələrin onu dərindən təsirləndirdiyini bildirib.
Günel GÜNTAC