ELAZ.İNFO, BAKI, 20.05.2025.
ELAZ.İNFO xəbər verir ki, XVI əsr memarlıq incilərindən olan “Subaba” türbəsi Quba rayonunun Alpan kəndində yerləşir.
Məlumat üçün bildirək ki, türbə Səfəvilərin hökmranlığı dövründə Şah İsmayıl Xətainin Dərbənd yürüşü zamanı sərkərdələrindən biri olan, sufi Mikayılın məzarı üzərində tikilib.
İlkin olaraq türbənin adı “Sufi baba” olub, sonradan dəyişərək günümüzə “Subaba” kimi gəlib çatıb.
Hal-hazırda Pir kimi ziyarət edilir.
Bir nüansı xüsusilə qeyd etmək lazımdır ki, türbə 1918-ci ildə ermənilər tərəfindən dağıdılıb.
Sabit COCULU -Quba