İndiki müharibələr də çox qəribə olub. Əvvəla nə başlamağı bilinmir, nə də bitməyi.
Bəziləri isə heç müharibə apardıqlarını boynuna almır. Necəki, Rusiya Ukrayna ilə 4 ildən artıq davam edən müharibəni hələ də Xüsusi Hərbi Əməliyyat adlandırır, eləcə də ABŞ İranla savaşı müharibə yox, elə Putin fason Xüsusi Əməliyyat kimi qələmə verir.
Və ən qəribəsi də odur ki, nisbi atəşkəs elan olunar-olunmaz iştirakçı hər tərəf özünü “qalib” elan edir və qələbəni bayram edirlər.
Necə ki bu günlərdə bunu İran və ABŞ edir.
İranda bu “qələbə” qeyd olunan ərəfədə, D.Tramp Amerikada bəyanat verir və yenə də hədələyir.
Donald Trump bəyan edib ki, bütün ABŞ gəmiləri, təyyarələri və hərbi qüvvələri tərəflər real razılaşma imzalayana qədər İran ətrafında qalacaq. Əks halda, İran yer üzündən silinəcək.
Ağ evin mətbuat katibi isə, bəyan edir ki : —
” Donald Trump İranın 10 maddəlik sülh planını rədd edib və “onu zibilə atıb”
Nəriman Abdinov