İspaniya ölkələrin, şəhərlərin dağılmasına, kütləvi sayda insanların ölümünə səbəb olan Avropa İttifaqı-İsrail assosiasiya sazişini dərhal dayandırmağa çağırır.
ELAZ.İNFO xəbər verir ki, bu barədə İspaniyanın xarici işlər naziri Xose Manuel Albares jurnalistlərə açıqlamasında bildirib.
Xose Manuel Albares qətiyyətlə Qəzza zolağında insan haqlarının pozulmasını əsas gətirərək Avropa İttifaqı Şurasından İsraillə assosiasiya sazişini dərhal dayandırmağı xahiş edir.
O qanlı qətliamlara yol açan hadisələrin qarşısının alınması üçün şuradan İsrailə silah embarqosu qoyulmasını və İsrail-Fələstin münaqişəsinin həllini pozanlara qarşı sanksiyaların həyata keçirilməsini tələb edib.
Günel GÜNTAC