Biz özümüzdən əvvəl başqalarını düşünmədən, başqalarının hiss və düşüncələrini anlamadan insan münasibətlərində uğur qazana bilmərik. Yalnız özümüzü düşünmək və eqoist davranmaq ünsiyyətə ən böyük maneələrdəndir. Xoşbəxt və dinc bir evliliyin təməli altruizmdir. Ailə üzvləri arasında altruizm varsa, o ailədə sülh və xoşbəxtlik hökm sürür. Çünki ailənin özü birlik, həmrəylik, paylaşma və fədakarlıqdan qaynaqlanır. Əgər ailə daxilində həqiqi sülh və xoşbəxtlik axtarılırsa, hər kəs özündən əvvəl digər ailə üzvlərini üstün tutmalı və qarşılığında heç nə gözləməməlidir. Kişilər qadınların hiss və düşüncələrini ön planda tutsalar, qadınlar isə kişilərin arzu və istəklərinə həssas yanaşsalar, bir çox münaqişələr avtomatik olaraq bağlanacaq. Eynilə, valideynlər qocaların və uşaqların hiss, düşüncə və ehtiyaclarına diqqətli və həssas olsalar, böyüklər və uşaqlar valideynlərinə qarşı diqqətli və həssas olsalar, heç bir problem olmaz. Unutmayaq ki, xoşbəxtliyə gedən yol başqalarını xoşbəxt etməkdən keçir.
Natəvan BƏYDİLİ