Xoş qoxulu ardıclar valeh edər insanı

Bubuajar Öskönali qızı Jusubakunova 1960-cı ilin may ayının 10-da Narın rayonunun At Başı rayonunun Baş-Kayındı kəndində dünyaya gəlib.

Peşəsi jurnalistlikdir.

Qırğızıstan Jurnalistlər Birliyinin üzvüdür.

Qırğızıstan Respublikası Mədəniyyətinin görkəmli xidmətçisidir.

Qırğızıstan Şairlər Fondunun üzvüdür.

ALA DAĞIN ZİRVƏSİ

Şaqqıldayan suları,

Daşdan daşa çırpılır.

Uca dağ yamacından,

Onun səsi duyulur.

Səs elədi çınqıllar,

Geyik ötdü yanından.

Qanad çalıb göylərə,

Qartal uçdu yuvadan.

Bir inci tək düzülər,

Dümdüz boylanan şamlar.

Xoş qoxulu ardıclar

Valeh edər insanı.

Dağlarında doludur,

Şəfalı ot türləri.

Burda çıxar, boylanar,

Ətir saçar gülləri.

Çayırları yayılğan

Bərəkallah beləsi.

Əgər getsən darıxar,

Ala Dağın zirvəsi!

Bizimlə oxuyun
Verified by MonsterInsights