Xorvatiyanın paytaxtı Zaqreb şəhərində dünya çempionatı keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, sentyabrın 13–dən 21-dək olan tarixdə Xorvatiyanın paytaxtı Zaqreb şəhərində dünya çempionatı keçiriləcək.

Ölkəmizi bu mötəbər yarışda sərbəst güləşçilərimiz İslam Bazarqanov (57 kiloqram), Nürəddin Novruzov (61 kiloqram), Əli Rəhimzadə (65 kiloqram), Kənan Heybətov (70 kiloqram), Cəbrayıl Qadjiyev (79 kiloqram), Arseni Cioyev (86 kiloqram), Osman Nurmaqomedov (92 kiloqram), Maqomedxan Maqomedov (97 kiloqram) və Giorgi Meşvildişvili (125 kiloqram). Jalə Əliyeva (57 kiloqram), Günay Qurbanova (59 kiloqram) və Birgül Soltanova (62 kiloqram) təmsil edəcək.

Yunan-Roma növündə yarışan idmançılarımız isə bunlardır:

-Eldəniz Əzizli (55 kiloqram), Nihat Məmmədli (60 kiloqram), Murad Məmmədov (63 kiloqram), Həsrət Cəfərov (67 kiloqram), Ülvü Qənizadə (72 kiloqram), Sənan Süleymanov (77 kiloqram), Qurban Qurbanov (82 kiloqram), İslam Abbasov (87 kiloqram), Murad Əhmədiyev (97 kiloqram).

İdmançılarımıza ugurlar diləyirik.

İslam MAHMUDOV

Bizimlə oxuyun
Verified by MonsterInsights