Xocalı şəhəri ərazisində yanğın hadisəsi baş verib

ELAZ.İNFO xəbər verir ki, avqustun 6-da Xocalı şəhəri ərazisində yanğın hadisəsi baş verib. Yanğını örədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.

DİN-in Mətbuat Xidməti bildirib ki, araşdırmalarla yanğının Xocalı rayonunda qonaq olan 2008-ci il təvəllüdlü Maarif Mirzəyevin ərazidə yandırdığı ocaqla ehtiyatsız davranması nəticəsində baş verdiyi məlum olub. Hadisə nəticəsində təxminən 40-50 hektar sahədə biçilmiş əkin sahəsi və kol-kos yanıb.

M.Mirzəyev məsuliyyətə cəlb olunub.

Aysun NƏCƏFOVA

Bizimlə oxuyun
Verified by MonsterInsights