“XIX Əsr İrəvan Mətbəxi” kitabının növbəti təqdimatı olacaq

Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Qtant layihəsi və hərtərəfli köməyi ilə Azərbaycan Milli Kulinariya Assosiyasiyası tərəfindən ərsəyə gətirilən tarixi “XIX Əsr İrəvan Mətbəxi” kitabının yeni, növbəti təqdimatına hazırlıq işləri gedir.

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Milli Kulinariya Assosiasiyasının prezidenti Tahir Əmiraslanov və Aynurə Əmiraslanova tərəfindən hazırlanan kitab Qərbi Azərbaycan ərazisində yüzilliklər boyu formalaşan və ermənilər tərəfindən özününküləşdirilməyə çalışılan Azərbaycanın milli kulinariya incilərinin, yemək və şirniyyatların reseptlərinin bərpasını və tarixi-etnoqrafik tədqiqatını əhatə edir.

Layihə rəhbəri Tahr Əmiraslanov bildirib ki, “Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin qrant layihəsi çərcivəsində ərsəyə gətirilən bu kitab 208 səhifədən ibarət nəşrdə 85 mənbədən istifadə etməklə, 1884-cü ildə İrəvanda doğulmuş 1913-1922-ci illərdə İrəvanda yemək və şirniyyat dükanının sahibi usta Əliqulu Zeynalovun əlyazması əsasında bərpa edilmişdir. Nəticədə 97 xörək, şirniyyat, içki növləri haqqında məlumatlar, hazırlanma qaydaları, fotolar, minaturlər, rəsmlər, dövlət poçt markaları əksini tapıb. Kitabda adları ilk dəfə çəkilən itirilmiş mətbəx nümunələri, mətbəx abidələrimizin etno tarixi , dili açıqlanmış , hər bir mətbəx abidəsinin disturları öz əksini tapmışdır .Kitabın üz qabığı rəssam Nigar Əliyevanındır. Kitab həm alimlər həm tədqiqatçılar, mədəniyyət işçiləri, həm də milli mətbəximizi öyrənmək istəyən kulinariya həvəskarları üçün əvəzsiz mənbədir”.

Tahr Əmiraslanov vurğulayıb ki, ““XIX Əsr İrəvan Mətbəxi” kitabı həm də İrəvandakı Tapuxu varlığımızın bir sübutudur.Tahr Əmiraslanov“XIX Əsr İrəvan Mətbəxi” kitabı həm də İrəvandakı Tapuxu varlığımızın bir sübutudur.

Kitaba ön söz Azərbaycan Respublikasının Qeyri-Hökümət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin İcraçı direktoru Xanım Aygün Əliyeva tərəfindən yazılıb. Rəyçilər: Texnika Elmlər doktoru, professor, LDU-nun rektorunun müşaviri Mikayıl Məhərrrəmov, AMEA-nın Tarix və Etnologiya İnstitunun “Tarixi Etnalogiya” şöbəsinin müdiri, tarix elmləri doktoru, etnoloq İlhamə Məmmədova və “Qərbi Azərbaycan Tarixi” şöbəsinin rəhbəri t.ü.f.d. dosent Cəbi Bəhrəmovdur”.

Layihə rəhbəri qeyd edib ki, “ilk təqdimat 5 gün ərzində Cin Xalq Respublikasının Ianfan Şəhərində, 3 gün ərzində Bakıda Dğvlət Məşğulluq Agentliyinin AMKA-fakı Aşpazlıq və Qənnadıçılıq üzrə peşə lurslarında keçirilmişdir. Layihə əsasında jazırlanmış Kitabın ilk təqdimatı 10.10. 2025 tarixdə Lənkəran Dövlət Universitetində oldu. Növbəti təqdimatlar Bakıda və Tərtərdə planlaşdırılıb”.

Günel GÜNTAC

Bizimlə oxuyun
Verified by MonsterInsights