Xırdalanın keçilməz yolları

Kim kimə qarğış edir desin səni görüm Xırdalanda yaşayasan. Deyəsən biz də kiminsə qargısına düşmüşük. Əhalisinin sayına görə respublikada 5-ci yerdə dayanan Xırdalan şəhərində sahibkarlar maddi maraqlarını təmin etmək üçün yalnız yüksək mərtəbəli binaların tikintisini aparıblar. Yolların çəkilməsi, yaşıllıqların salınması üçün heç bir addım atılmayıb. Sadəcə, mənfəət xatirinə öz maddi maraqlarını güdüblər. Xırdalanın mərkəzi prospekti olan Heydər Əliyev prospektinin sağ və sol hissəsində yerləşən binalar az qala prospektin içinə girib. Aidiyyatı orqanlar, o cümlədən Şəhər salma və Arxitektura komitəsi bu tikintilərə niyə icazə verir görəsən?

İnsaf, xalqı düşünmək kimi hisslər bu qəbildən olan binaları tikənlərə yabançıdır.

İndi belə bir vəziyyət də var- sovet dövründə bina sakinləri və uşaqlar üçün salınmış istirahət meydançalarında, yaşıllıq zolaqlarında 5-6 mərtəbəli binalar tikirlər. 18 saylı bağçanın yanında, düz yola bitişik inşa edilmiş bina isə adamda hiddət və qəzəb doğurur. Elə birdəfəlik bu binanı 2 metr eni-uzunu olan yolun üstündə tikəydilər. Camaat da biləydi buradan o yana yol yoxdur.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights