Xilasedici qayıqlara birinci klassla səyahət edən sərnişinlər yerləşdirildi

15 APREL 2025, ELAZ.İNFO

“Titanik”in batmasından (aprelin 14-dən 15-nə keçən gecə, 1912) bu gün 113 il ötür.

Baş verdiyi tarixdən nə qədər ötsə də, bu faciə hələ də yaddan çıxmır, unudulmur. Hadisənin tədqiqatı ilə bağlı indinin özündə də araşdırmalar aparılır, fərziyyələr irəli sürülür.

““Titanik”də həlak olan 1517 nəfərdən çoxunun ölümünə səbəb kimi səyahət edənlərin sayı 2227 nəfər olduğu halda gəminin göyərtəsində cəmi 1178 yerlik xilasedici qayığın (şlyupka) olması faktı göstərildi. Bəziləri xilasedici qayıqların əvvəlcə birinci klassla səyahət edən sərnişinlərə verildiyini iddia edirdi. Digərləri isə “Titanik”i inşa edən mühəndislərin gəminin hermetik bölmələri sayəsində “sudabatmaz” olduğunu iddia etdiyini bildirirdi.

Gəminin “Uayt Star” şirkətinin sahibi Cozef Brüs İsmeyi razı salmaq üçün lazım olandan artıq sürətlə üzdüyü, gəmiyə cadu edildiyi və s. kimi ehtimallar da irəli sürülürdü. Bu şayiələrin heç biri dəlillərə əsaslanmasa da, xilasedici qayıqlara əsasən birinci klassla səyahət edənlərin yerləşdirildiyi barədə deyilənlər doğrudur.

O da doğrudur ki, gəmi suya batdıqca orkestr həzin musiqi ifa etməkdə davam edib…

Famil CƏFƏRLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights