“Xeyriyyə və yardımlaşma günü”

26 Avqust tarixinin “Xeyriyyə və yardımlaşma günü” olaraq qeyd olunmasını təklif edirik.

“Xeyriyyə işləri cəmiyyətdə mənəvi-psixoloji ab-havanın yaxşılaşmasına şərait yaradır, insanlar arasında münasibətləri humanistləşdirir, onların daha xeyirxah, səmimi və həssas olmasına müsbət təsir göstərir. Axı, çətin məqamda başqalarından dəstək almış insan özü də, imkan daxilində başqalarına kömək göstərməyə daha çox meyil edəcəkdir. Beləliklə, cəmiyyətimizdə “xeyirxah işlər dairəsi”, qarşılıqlı kömək və dəstək sistemi yaranır ki, bu da son nəticədə insanların qarşılıqlı münasibətlərinə, onların ovqatına və sosial əhval-ruhiyyəsinə müsbət təsir göstərir.” Bu fikir Azərbaycan Respublikasının Birinci Vitse-Prrezidenti xanım Mehriban Əliyevaya aiddir.

Doğrudan da istər ağır xəstəlikdən əziyyət çəkən insan olsun, istərsə çətin həll olunan məsələlər, eləcə də təhsil, səhiyyə, mədəniyyət və digər sahələrdə misilsiz xidmətləri ilə yanaşı humanist, nəcib, xeyirxahlıq simvoludur Mehriban xanım.

Azərbaycan qadınları Sizdən nümunə götürür. Doğum gününüzü təbrik edir, sizə sağlam ömür arzulayırıq.

Neftçalalı qadınlar adından Gülqədəm Mirzəzadə

Bizimlə oxuyun
Verified by MonsterInsights