Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanat verdi

ELAZ.İNFO, BAKI, 02.05.2025.

ELAZ.İNFO Azərbaycan Xarici İşlər Nazirliyinə istinadən bildirir ki, Xarici İşlər Nazirliyi Hindistan və Pakistan arasındakı gərginliyə dair bəyanat verib. Bəyanatda deyilir:

– Pahalqamdakı hücumdan sonra Hindistan və Pakistan arasında mövcud gərginlikdən narahatıq.

Biz təmkinli olmağa və mövcud gərginliyi aradan qaldırmaq üçün konstruktiv dialoqa çağırırıq. Belə qeyri-sabit vəziyyətdə birtərəfli hərəkətlərdən çəkinmək vacibdir.

Bundan əlavə, hazırkı vəziyyəti həll etmək üçün açıq və şəffaf beynəlxalq araşdırma aparılacağına ümid edirik. 

Münaqişənin həlli üçün yolun beynəlxalq hüququn norma və prinsipləri, habelə Birləşmiş Millətlər Təşkilatının müvafiq qətnamələri əsasında mənalı dialoqun və danışıqların olduğuna inanırıq.

Regional sabitlikdə ortaq və qarşılıqlı marağı qəbul edərək, ümid edirik ki, tərəflər öz xalqlarının və daha geniş regionun rifahının qorunması üçün, sülh və əməkdaşlıq naminə diplomatik kanallardan istifadə edəcəklər.

Bizimlə oxuyun
Verified by MonsterInsights