Xarici işlər naziri Hakan Fidan suriyalı həmkarı ilə görüşüb


ELAZ.İNFO xəbər verir ki, Xarici İşlər Nazirliyi mənbələrindən alınan məlumata görə, nazir Hakan Fidan Suriyanın xarici işlər naziri Əsəd Həsən Şeybani ilə telefon danışığı aparıb. Nazir Fidan İsrailin hadisələrə müdaxiləsinin qəbuledilməz olduğunu və Netanyahu hökumətinin regional sabitliyə və Suriya xalqının gələcəyinə təhlükə yaradan hərəkətlərə son qoymalı olduğunu bildirib.

Hadisələri yaxından izlədiklərini bildirən nazir Fidan, sakitliyin bir an əvvəl bərpa olunmasını istədiklərini və Türkiyənin bu məqsədə töhfə verməyə hazır olduğunu bildirib. Nazir Fidan Türkiyənin Suriyanın ərazi bütövlüyü, birliyi və suverenliyinə verdiyi dəstəyi vurğuladı.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights