ELAZ.İNFO xəbər verir ki, son günlər mediada gündəmə gətirilən qərəzli mövzulardan biri də Qərbi Azərbaycan məsələsinin kimlərinsə əhatə dairəsinə alınma istəyi və ona qarşı olan etirazdır.
Məsələ ilə bağlı bizimlə fikirlərini bölüşən Media və Mülki Cəmiyyyət Birliyinin sədri Xanoğlan Əhmədov bildirib ki, “Qərbi Azərbaycan məsələsi təkcə müəyyən qrupların və ya fərdlərin inhisarında ola biləcək bir mövzu deyil. Bu, bütün Azərbaycan xalqının taleyi ilə bilavasitə bağlı olan, strateji və tarixi əhəmiyyətə malik ümummilli məsələdir, hər birimizin vətəndaşlıq borcudur”.
Xanoğlan Əhmədov onu da vurğulayıb ki, “Qərbi Azərbaycanlı soydaşlarımızın hüquqlarını müdafiə etməyi yalnız mənəvi borcumuz deyil, həm də dövlətçilik və milli təhlükəsizlik kontekstində mühüm vəzifə kimi qəbul etməliyik. Bu istiqamətdə hər kəs öz imkanları çərçivəsində fəal olmalı, milli mövqedən çıxış çıxış etməlidir”.
İlahə BAYINDIR