Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inanıram

ELAZ.İNFO xəbər verir ki,İqtisadi Əməkdaşlıq Təşkilatının (ECO) 17-ci Zirvə görüşündə Rəcəb Tayyib Ərdoğan çıxışı zamanı söyləyib kı,Xankəndi şəhərinin sülh mərkəzi olacağına ürəkdən inaır.

Ərdoğan qeyd edib ki, sammitin Xankəndidə keçirilməsi buna ayrı məna və önəm qatır.

“Türkiyə olaraq 2053-cu il üçün sıfır emissiyaya çatmaq və inkişaf yolunu formalaşdırmaq üçün səylərimizi səfərbər edirik. 2024-2030-cu illəri əhatə edəcək proqramla 100 milyon ton karbon tullantılarını azaltmağı hədəfləyir. Azərbaycanda keçirilən COP29 tədbirində qəbul edilmiş sənədlərinin təsdiqlənməsinin ölkəmizdə son mərhələdə olduğunu qeyd etmək istəyirəm. Şuşanın 2026-cı il üçün ECO turizm mərkəzi seçilməsi münasibətilə Prezident İlham Əliyev başda olmaqla azərbaycanlı qardaşlarımızı təbrik edirəm”, – dövlət başçısı vurğulayıb.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights