Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin təməli qoyulub

ELAZ.İNFO xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iyulun 3-də Xankəndidə bir neçə təməlqoymaya imza atıb.

Xankəndi Dəmir Yolu və Avtovağzal Kompleksinin layihələndirilməsinin sahəsi 6,4 hektar təşkil edəcək. Beşmərtəbəli kompleksin ərazisində 2 dəmir yolu platformasının və 12 avtobus dayanacağının inşası nəzərdə tutulub. Kompleksin binası gözləmə zalı, bilet kassaları, tibb məntəqəsi, ana və uşaq otağı, mağazalar, restoranlar, inzibati və toplantı otaqları, uşaq əyləncə mərkəzi, açıq tipli terras və istirahət guşələrindən ibarət olacaq. Kompleksin dəmir yolu bölməsi gündəlik 800-1000 nəfər, avtovağzal isə 1000-1200 nəfər sərnişinə xidmət edəcək.

Natəvan BƏYDİLİ

Bizimlə oxuyun
Verified by MonsterInsights