Xankəndidə Azərbaycan QHT-lərinin Əməkdaşlıq Forumu keçiriləcək

ELAZ.İNFO xəbər verir ki, 2025-ci il oktyabrın 19-20-də Xankəndidə “Konstitusiya və Suverenlik İli”nə həsr edilmiş Azərbaycan Qeyri-Hökumət Təşkilatlarının Əməkdaşlıq Forumu keçiriləcək.

Forumun rəsmi açılış mərasimi oktyabrın 20-də Xankəndi Konqres Mərkəzində olacaq.

Forum çərçivəsində “Dünyaya açılmış Azərbaycan QHT-ləri: təklənməyə qarşı birləşmə texnikası”, “WUF13-ə doğru: QHT-lər üçün yeni imkanlar”, ““Rəqəmsal QHT” konsepsiyası: süni intellekt və rəqəmsal həllər”, “Türkman irsi: tarixi köklərə sədaqət” adlı panel müzakirələri təşkil olunacaq.

Forum bədii hissə ilə başa çatacaq.

ELAZ.İNFO

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights