Xanım bloger haqsız çıxdı

ELAZ.İNFO, BAKI, 23.05.2025.

ELAZ.İNFO xəbər verir ki, may ayının 17-də AZAL hava limanında baş verən qalmaqala dünən aydınlıq gətirilib.

Qalmaqala səbəb bloger xanımın iddia etdiyi kimi ona və anasına qarşı hava limanının gömrük əməkdaşları tərəfindən qarşı kobud davranılıb, qeyr-qanuni yoxlamalar aparılıb.

Bu barədə xanım bloger, Mehin Oktaylı özünün “İnstaqram” sosial şəbəkəsindəki “iconmekh” adlı səhifəsində paylaşım edib. O paylaşımda gömrük əməkdaşları tərəfindən onun anasına qarşı kobud davranışa, qeyri-qanuni hərəkətlərə yol verdiklərini iddia edərək, gömrük orqanının və onun vəzifəli şəxslərinin ünvanına təhqir,  şəxsiyyəti alçaldan, böhtan xarakterli məlumatlar yayımlayıb.  

Xanım blogerin paylaşımına Gömrük xidməti məsələyə münasibət bildirib və qeyd olunub ki, “məlumat dərhal araşdırılıb, iddiaların əsassız və həqiqətə uyğun olmadığı müəyyənləşdirilib”.

Məlumat üçün bildirək ki, xanım blogerin üzləşdiyi hadisə may ayının 17-də İstanbuldan Bakıya gələn anasını qarşılayarkən baş verib.

Günel GÜNTAC

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir. Gərəkli sahələr * ilə işarələnmişdir

Verified by MonsterInsights