Xameneinin şəklini yandırdı… Edam edildi

İranda Əli Xameneinin şəklini yandırdığına görə Melike Əzizi edam edilib. İran rejimi 18 yaşlı gənc qız, Melike Əzizi üçün edam ölüm hökmünü bu gün günorta icra edib.

Bu barədə ELAZ.İNFO-ya İlqar Altay məlumat verib. O bildirib ki, “Melikenin edam dərəcəli günahını onda hesab ediblər ki, bu qız 2026-cı il yanvar etirazlarında İran rəhbəri Əli Xameneinin şəklini yandırıbmış. Və buna görə qızcığaza “Allaha qarşı müharibə” ittihamı irəli sürülüb. Həbsdə olduğu 2 ay boyunca döyülüb, işgəncə verilib təcavüz edilib”.

Rejimin bu addımına qarşı hiddətlənən İlqar Altay vurğulayıb ki, “Bu nə rəsmi ittihamdır, Əli Xamenei Allahdır ki? Bu 2 ay dövründə dünya ictimaiyyəti, hüquq-müdafiə və qadın hüquqları çoxsaylı təşkilatlarının tələb, təkid və xahişləri rejimin tərəfindən iqnor edilib”.

İ.Altay söyləyib ki, “Məhkəmədə Melike hakimə deyib ki, “Siz bu qədər gəncin qanı tökülməsinə icazə verirsiniz. Necə susacaqdım? Mənə fərq etmir, sadəcə öldürün.”

İlahə BAYINDIR

Bizi izləyin və paylaşın

Discover more from

Subscribe now to keep reading and get access to the full archive.

Continue reading

Verified by MonsterInsights