ELAZ.İNFO İranın “Fars” agentliyinə istinadən xəbər verir ki, İran ali rəhbəri ayətullah Əli Xameneinin vəfatından sonra ölkədə vəziyyət gərginləşməkdə davam edir. hökumət tərəfdarları ölkənin müxtəlif şəhərlərində hakimiyyətə dəstək məqsədilə kütləvi yürüşlər və mitinqlər təşkil ediblər.
Məlumatlara görə, aksiyalar Təbriz, İsfahan, Urmiya, Zahedan və digər böyük yaşayış məntəqələrində baş tutub. Nümayişçilər şüarlar səsləndirərək rejimin davamlılığını və dövlət quruluşuna sadiqliklərini nümayiş etdiriblər. Bu mitinqlər, Xameneinin ölümündən sonra yaranan siyasi boşluq fonunda hakimiyyətin daxili və xarici aləmə “vəziyyət nəzarət altındadır” mesajını vermək cəhdi kimi qiymətləndirilir. “Fars” agentliyi nümayişlərin sakit şəraitdə keçdiyini iddia etsə də, beynəlxalq müşahidəçilər ölkədəki gərginliyin yüksək səviyyədə qaldığını bildirirlər.
Xatırlatma: Ölkədə yeni ali rəhbərin seçilməsi prosesi fonunda bu cür dəstək aksiyalarının genişlənməsi gözlənilir.
Ruslan MƏMMƏDOV