ELAZ.İNFO xəbər verir ki, ABŞ-ın keçmiş dövlət katibi Mayk Pompeo “Nyu-York Post” qəzetində nəşr olunan məqaləsində yazıb ki,İran İslam Respublikası süqut etmək üzrədir və hazırkı xalq etirazları dalğası nəhayət ki, İranı idarə edən korrupsiyalaşmış dini diktaturanın sonuna gətirib çıxara bilər.
O, bildirib ki,”Tehrandakı ayətullah rejimi də ağır siyasi, iqtisadi və beynəlxalq təzyiqlər altında ciddi şəkildə aşındırılıb və tezliklə oxşar aqibətlə üzləşə bilər. Venesueladakı son hadisələr İran xalqını ruhlandıra və həlledici bir an üçün yol aça bilər. O, əlavə edib ki, “Tehranın korrupsiyalaşmış rejiminə qarşı hazırkı etiraz dalğası əvvəlki üsyanların edə bilmədiyi bir gücə – İslam Respublikasının sonuna nail olmaq potensialına malikdir”.
Natəvan BƏYDİLİ