İran-İsrail-Amerika müharibəsində türk faktorunun əsas amil olduğunu söyləyən Türkiyənin Çağ Universitetinin professoru Xaləddin İbrahimli ELAZ.İNFO-ya bildirib ki, “Qalibaf və Araxçı ABD-yə danışıqlar üçün lazımdır. Görünən budur ki, bunlar uygun fiqurlardır. Həm də belə anlaşılır ki, onların ifadələrinədən və üslublarından İran siyasi hərbi yönətiminin mövcud psixoloji durumu ilə bağlı informasiya alınır”.
Professor Xaləddin İbrahimli onu da vurğulayıb ki, “Pezeşkiyanın hədəf olmamasının tək səbəbi onun türk olmasıdır. ABD və İsrail həm İran daxilində, həm də dünyadakı türklərin qəzəbini üstünə yönəltmək istəmir. Bu çox bəsit və sadə gerçəklikdir”.
İlahə BAYINDIR