İranda baş verən hadisələr fonunda bir qədər arxa plana keçən Venesuela hadisələri hələ də özünün konkret həllini tapmayıb. Fikirlər ABŞ və mövcud hakimiyyət üzərində dolaşır, nəzərlər Ağ Evə dikilib. Venesuela Prezidenti hələ də əsirdir.
Bununla bağlı ELAZ.İNFO-ya danışan professor Xaləddin İbrahimli bildirib ki, “ABD Maduro ilə anlaşa bilmirdi. Gətirdi yanına, indi anlaşacaq. Tramp Maduronun əliylə, vitse prezident vasitəsiylə Venesuelanı idarə edəcək”.
Venesuelanın şərtlərlə idarə olunacağını söyləyən Xaləddin İbrahimli vurğulayıb ki, bu şərtlərin başında birinci olaraq Çinə neft ixracının durdurulması gəlir. Sonrakı mərhələdə isə Şevronun Venesuelaya dönməsi və neft yataqlarının istismarı haqqına sahib olması məsələsi dayanır. Pay 50-50-yə ABŞ və Venesuela arasında bölünəcək. Sonrakı mərhələdə isə Venesuelada əlvan və nadir metalların stehsalına başlanacaq”.
İlahə BAYINDIR