ELAZ.İNFO xəbər verir ki, son illərdə Xəzər dənizinin səviyyəsinin sürətlə aşağı düşməsi artıq sadəcə ekoloqların deyil, həm də iqtisadçıların və strateji planlama mütəxəssislərinin əsas müzakirə mövzusuna çevrilib. 1995-ci ildən bəri dənizin səviyyəsində müşahidə olunan enmə artıq kritik həddə yaxınlaşır.Elmi araşdırmalar göstərir ki, Xəzərin səviyyəsi son bir neçə ildə hər il orta hesabla 15-20 sm aşağı düşür.Volqa çayından (Xəzərə gələn suyun 80%-ni təmin edir) gələn suyun həcminin azalması və buxarlanma sürətinin artması əsas amillərdir.Əgər mövcud tendensiya davam edərsə, əsrin sonuna qədər Xəzərin səviyyəsi 9 metrdən 18 metrə qədər enə bilər. Bu, Şimali Xəzərin (Qazaxıstan və Rusiya sahilləri) tamamilə quruması deməkdir.İqtisadi Təhlükə:
Limanlar və İnfrastruktur dənizin çəkilməsi nəticəsində Azərbaycanın tranzit potensialına ciddi zərbə vura bilər:Bakı Beynəlxalq Dəniz Ticarət Limanı su səviyyəsinin enməsi gəmilərin yanaşma dərinliyinə (draft) təsir edir. Bu, gələcəkdə liman akvatoriyasının daimi olaraq dərinləşdirilməsi üçün milyonlarla manat əlavə vəsait tələb edəcək. Neft və Qaz Platformaları sahil xəttindən uzaqlaşan su, dənizdəki infrastrukturun işləmə prinsiplərini və ekoloji təhlükəsizlik normalarını dəyişir.Xəzər dənizi tarixi boyu dəfələrlə kəskin şəkildə enib və qalxıb. Məsələn, XIV əsrdə dəniz səviyyəsi o qədər aşağı olub ki, Bakı körfəzindəki “Səbail qalası” (Bayıl qəsri) quru ərazidə yerləşib.u gün fərq ondadır ki, qlobal istiləşmə bu təbii prosesi süni şəkildə sürətləndirir.
Ruslan MƏMMƏDOV


