Xəzər dənizinin qumu Xəzər neftindən qiymətlidir

Xəzər dənizinin qumu Xəzər neftindən qiymətlidir. ELAZ.İNFO ilə Poliomielit xəstəliyi keçirmiş Ruslan Məmmədovla həmsöhbət olub.

R. Məmmədov deyir ki, “mənim həkimim uşaq vaxtı Törə xanım olub. Uşaq nevrologiyası kafedrasının və ümumiyyətlə, Respublikada uşaq nevroloji xidmətinin yaradıcısı, əməkdar elm xadimi professor Törə Qədir qızı Qədirova.

O, həmişə tövsiyə edərdi ki, “Xəzərin qumu ən çox bu cür xəstəliklərin köməkçi dostudur.
Səbəbini isə belə izah edirdi ki, qumun tərkibində olan fosfor gecədən aldığı enerjini səhər günəş vasitəsilə buraxır. Bu isə hava şəraitinə uyğun olaraq, səhər saat təxminən 8⁰⁰dan 11⁰⁰ dək davam edir. Bundan qalan vaxt isə qumun istilikdən başqa bir faydası yoxdur. Xüsusilə də Bilgəh qumu”.

Professor həm də xüsusilə qeyd edirdi ki, “Xəzər qumunun tərkibində olan fosfor və digər minerallar heç bir dəniz qumunda başqa yoxdur”.

Əziz oxucular, hazırda yay fəslindəyik. Dəniz fəslidir. Xəzərin bu faydalı təfindən faydalanmağa çalışın.

İlahə BAYINDIR

Bizimlə oxuyun
Verified by MonsterInsights