İlk dəniz külək stansiyasının təməli qoyulur. Azərbaycanın bərpa olunan enerji potensialı dünya enerji nəhənglərinin əsas diqqət mərkəzindədir.
ELAZ.INFO xəbər verir ki, Xəzər dənizinin Azərbaycan sektorunda qurulacaq ilk irimiqyaslı dəniz külək enerjisi parkı üçün texniki hazırlıq işləri artıq yekunlaşıb. Layihə çərçivəsində istehsal olunacaq “yaşıl” enerji həm daxili tələbatı ödəyəcək, həm də yeni yaradılan enerji dəhlizləri vasitəsilə Avropaya ixrac ediləcək. Bu nəhəng layihə ölkəmizin qlobal iqlim hədəflərinə sadiqliyinin və “yaşıl iqtisadiyyat”a keçidinin mühüm göstəricisidir.
Ruslan MƏMMƏDOV


